Gədəbəydə 7 yaşlı oğlan uşağı zorlandı
Onu 17 yaşlı oğlan aldadaraq aparıb
Gədəbəy rayonunda əxlaqsız cinayət olub.
Oxumeni.az xəbər verir ki, rayon ərazisində 7 yaşlı oğlan uşağı özündən 10 yaş böyük olan həmyerlisi tərəfindən zorlanıb. Adı açıqlanmayan 17 yaşlı gənc uşağı aldadaraq sakit yerə aparıb və orada ona qarşı seksual xarakterli hərəkətlər edib. Uşağın valideynlərinin polisə şikayətindən sonra əxlaqsız hərəkətin üstü açılıb. Gədəbəy rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb. /milli/
O.M.
Digər xəbərlər