İki qardaşın qatilinə ömürlük cəza

İki qardaşın qatilinə ömürlük cəza

4 Dekabr 2013 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı qətlə yetirməkdə, birini isə yaralamaqda təqsirləndirilən Cabbar İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Apa-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, C. İbrahimov ömürlük olaraq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, martın 2-si saat 15:30 radələrində Türkan qəsəbəsində Bakı şəhər sakini Cabbar İbrahimov qəsəbə sakinləri - Elman, Taleh və Bəhruz Zeynalov qardaşları ilə mübahisə ediblər.
Nəticədə Cabbar İbrahimov 16 kalibrli "İJ" markalı ov tüfəngi ilə Elman və Talehi qətlə yetirib, Bəhruz Zeynalovun isə bel və baş nahiyəsindən xəsarət yetirib.