Qatil ata və iki oğluna hökm oxunub

Qatil ata və iki oğluna hökm oxunub

27 May 2014 18:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumlarını döyərək öldürməkdə təqsirləndirilən Gülağa Əmiraslanov, onun oğlanları Nəbi və Şahinin cinayət işi məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən, G. Əmiraslanov 14 il, digər təqsirləndirilən şəxslərin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində baş verib. Nəbi Əmiraslanovun həyat yoldaşı Ramilə qardaşı Ramil Nəbiyevə zəng edərək əri tərəfindən hər gün döyüldüyünü deyib. Bundan sonra Ramil bacısını ata evinə gətirib. Bir neçə gündən sonra Nəbi atası Gülağa və qardaşı Şahinlər birlikdə onların evinə hücum edərək Ramili döyüblər. R. Nəbiyev xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Mediainfo.az