Günayı bıçaqlayan şəxs axtarışdadır

Günayı bıçaqlayan şəxs axtarışdadır

8 Oktyabr 2014 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Bakının Xəzər rayonunda qadın bıçaqlanıb.

Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 18:15-də Mərdəkan kəndindəki bağ evlərinin birində qeydə alınıb.

Verilən məlumata görə, 22 yaşlı Günay Muradova bıçaq xəsarətlərilə xəstəxanaya aparılıb. Qadının hansı səbəbdən bıçaqlandığı isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az