
Polis maşını gülləbaran edildi - 2 ölü
Dağıstanın Xasavyurt rayonunda naməlum şəxslər polis avtomobilini güllələyiblər. Avropa.info xəbər verir ki, hadisə zamanı 2 polis ölüb, daha ikisi yaralanıb.
Hadisə gecə saatlarında baş verib. "Lada Kalina" markalı avtomobillə yolu kəsən naməlum şəxslər polis maşınını atəşə tutublar.
Dağıtan DİN-i polis nəfərlərinin ölüm faktını təsdiqləyib. Məlumata görə, polisə atəş açanların avtomobili saxlanılıb. Atışma zamanı hücum edən 3 nəfərdən biri öldürülüb.
Mediainfo.az
Digər xəbərlər