Gəncədə qayın yeznəni bıçaqladı
Gəncə şəhərində qanlı cinayət hadisəsi baş verib. Apa-nın verdiyi məlumata görə, hadisə fevralın 17-də saat 4 radələrində şəhərin Fərhad Əliyev küçəsində baş verib. Şəhər sakini, 1993-cü il təvəllüdlü Mehrab Hüseynzadə qaynı, 1989-cu il təvəllüdlü Ramin Abdullayev tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər M. Hüseynzadənin vəziyyətinin normal olduğunu bildirilər.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər