Bacısı qızını öldürən dayının məhkəməsi yekunlaşdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 19 yaşlı bacısı qızını öldürən 42 yaşlı Vamiq Aslanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Vamiq Aslanov bu ilin aprel ayının 17-də saat 14:20 radələrində Buzovna qəsəbəsi Naxçıvani küçəsində yerləşən evdə bacısı qızı Nigar Məlikliyə çox saylı bıçaq zərbəsi vurub.
Ailədaxili məsələ ilə bağlı öncə aralarında yaranan mübahisə sonda qətllə tamamlanıb. Yaralı olan Nigar Məlikli yerləşdirildiyi xəstəxanada vəfat edib.
Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Vamiq Aslanov məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Mediainfo.az
Digər xəbərlər