Onun edamı saniyə-saniyə lentə alındı
Amerikada anası, atası və bacısını öldürən cinayətkarın məhkəməsi sona çatdı. O, zəhərli iynə ilə edam edildi. 37 yaşlı De Yanqın məhkəmə qərarı Corciya ştatındakı Cekson şəhərində həyata keçirildi. Onun son sözləri isə "İncitdiyim hər kəsdən üzr istəyirəm. Səni sevirəm, Davn. Gülməyi unutma" oldu. Xatırladaq ki, Davn caninin uşaqlıq dostu, eyni zamanda vəkili idi. Son duasının oxunmasını rədd edən De Yanqın edamı 20 ildən sonra ilk dəfə qanuni yolla lentə alındı.
Öz aramızdır, edama tamaşa etmək edam olunmaq qədər çətindir...
Günel Həbib
O.M.
Digər xəbərlər