Axtarışda olan iki nəfər həbs edildi
Bakı şəhər Baş Polis İdarəsindən bildirilir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan Bəhruz Niftəliyev tutulub. Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Yaşar Həsənovu həbs ediblər. Hər iki şəxs istintaqa təhvil verilib.
O.M.
Digər xəbərlər