Ronaldoya 23 ay şərti cəza kəsilib

Ronaldoya 23 ay şərti cəza kəsilib

22 Yanvar 2019 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniya məhkəməsi məşhur portuqaliyalı futbolçu Ronaldonu 19 milyon avro cərimə edib və ona 23 ay şərti iş kəsib.

Mediainfo.az-ın sports.ru-ya istinadən verdiyi xəbərə görə, Madrid əyalət məhkəməsinin belə bir qərar qəbul etməsinə səbəb Ronaldonun vergidən yayınması olub. Məhkəmənin qərarında qeyd edilir ki, Ronaldo 2011-2014-cü illərdə "Real" da çıxış etdiyi vaxt 5,7 milyon avro vergi ödəməyib. İndi məhkəmə qərarına görə, Ronaldo 18,8 milyon avro və buna paralel olaraq 375 min avro cərimə ödəməli olacaq. Ronaldo əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi üçün həbsdə yatmayacaq və 23 aylıq cəzasını şərti şəkildə çəkəcək.