“Ağsu rayonunda qadınlara qarşı qatı stereotiplər mövcuddur”
"Təmiz Dünya" Qadınlara Yaradım İctimai Birliyi, Sülh korpusu və "Gülsam" Əlillərin Dizayn İctimai Birliyi Ağsu şəhərində bir qrup qadınlar arasında Gender bərabərliyi haqqında Qanunun müzakirəsini keçirib.
Bu haqda "Axar.az"a "Təmiz Dünya" Qadınlara Yardım ictimai Birliyinin mətbuat xidmətindən məlumat daxil olub. Müzakirə zamanı qanundan irəli gələn müddəalar iştirakçıların diqqətinə çatdırılıb. Təlimdə qadınların qərar qəbul etmədə iştirakına mane olan amillərə toxunulub.
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramın çərçivəsində "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasıdan ibarət QHT Koalisiyası tərəfindən icra olunan "Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası" layihəsi çərçivəsində Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununa yenidən baxış keçirilərək qanunda mövcud olan boşluqlarla bağlı paket təkliflər hazırlanıb. Bu tədbirdə həmin boşluqlar iştirakçılarla birgə müzakirə edilərək, onların rəyi öyrənilib.
Təlim zamanı iştirkçılar tərəfindən mövcud vəziyyətlə bağlı təhlil göstərib ki, Ağsu rayonunda qadınlara qarşı qatı stereotiplər mövcuddur. Hətta rayonda vəzifədə olan qadınlarla ailə qurmaq belə, böyük qəbahət hesab edilir.
"Təmiz Dünya" Qadınlara Yardım ictimai Birliyi, Ailə, Uşaq və Qadın Problemləri üzrə dövlət Komitəsinə, rayonda qadınlara qarşı mövcud stereotiplərin aradan qaldırılmasına dair uzun müddətli proqramların hazırlanmasını təkilf edir. Bu regiondan olan qadınların qadın işştirkçılığı prorqamlarında daha aktiv fəaliyyətinin təmin edilməsi, eləcə də onların vasitəsilə mühitin dəyişməsinə təsir etməyi təklif edir. O cümlədən, gender bərabərliyini təminatında stereotiplərin aradan qaldırılmasına təsir edə biləcək kişi içtirkaçılığının da nəzərdə tutulmasını effektiv addım kimi qiymətləndirir.
"Təmiz Dünya" Qadınlara Yardım ictimai Birliyi bu prosesdə Ailə, Uşaq və Qadın Problemləri üzrə dövlət Komitəsinə könüllü yardımını təklif edir.
Mediainfo.az