![Naxçıvanla bağlı BDU-da tədbir keçirilib](http://oxumeni.az/media/news/2014/10/photo_32380.jpg)
Naxçıvanla bağlı BDU-da tədbir keçirilib
BDU-da Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Rektor Azərbaycanın qədim bölgəsi olan Naxçıvanın tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etdiyini bildirib və çoxəsrlik dövlətçilik ənənələri olan bu diyarın xalqımızın zəngin mədəni irsini layiqincə yaşatdığını, yetirdiyi çox sayda tarixi şəxsiyyətləri, görkəmli elm xadimləri, sənətkarları ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynadığını bildirib.
Tədbirdə AMEA-nın Naxçıvan bölməsinin rəhbəri, akademik İsmayıl Hacıyev "90 illik şərəfli yol" adlı məruzəsndə Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılığından, dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlərindən danışıb.
Mediainfo.az