Əməkdar artisti Əjdər Həmidov xəstəxanaya yerləşdirilib
Azərbaycanın əməkdar artisti, tanınmış aktyor Əjdər Həmidov xəstəxanaya yerləşdirilib.
O, yüksək təzyiq diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına gətirilib. Məlum olub ki, Ə.Həmidovun insult keçirmək təhlükəsi var və ona lazımi tibbi yardım göstərilib. Qeyd edək ki, Əjdər Həmidov 1953-cü ildə Şabran rayonunda anadan olub və Akademik Milli Dram Teatrının aktyorudur. (lent)
Mediainfo.az
Digər xəbərlər