SSRİ xalq artisti Firəngiz Əhmədova 83 yaşında vəfat etdi
Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva bildirir ki, tanınmış opera müğənnisi SSRİ xalq artisti Firəngiz Əhmədova bu gün 83 yaşında vəfat edib. Onun sözlərinə görə, F. Əhmədova ilə vida mərasimi sabah saat 13-dən 15-dək Opera və Balet Teatrında keçiriləcək. Mərhum I Fəxri xiyabanda dəfn olunacaq.
Firəngiz Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1955-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1946-1951 illərdə Azərbaycan
Radiosu Xorunun, 1951-88 illərdə isə Dövlət Opera və Balet Teatrının solisti
olub.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında çıxış edib.
Əsas partiyaları Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl",
M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil
("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona
("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z.
Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C.
Puc¬cini) və s. "Sənsiz" (Ü. Hacıbəyli), "Ölkəm",
"Sual" (A. Zeynallı), "Arzu" (Niyazi), "Heyran
olmuşam" (Ə. Abbasov), "Oxuma gözəl" (A. Rzayeva) və s. -
dir
Azərbaycan romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P. Çaykovski, S.
Raxmaninov, S. Taneyev və b.) romanslarını ustalıqla ifa edib.
F. Əhmədova 1989-cu ildən Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi
fəaliyyət göstərib. SSRİ Ali Soveti (4-cü çağırış) və Azərbaycan SSR Ali
Sovetinin (5-ci çağırış) deputatı olub, "Şöhrət" ordeni ilə təltif
edilib.
O.M.