Türkiyədə "cin" düşmən elan edilib
Türkiyədə SSRİ-də ötən əsrin 30-cu illərində dinə edilən hücumun əksini xatırladan hadisələr baş verməkdədir.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyənin Radio və Televiziya qurumu (RTÜK) bundan sonra radio-telekanallarda "cin" sözünün işlədilməsini qadağan edib.
Məsələ ilə əlaqədar mətbuata açıqlamasında "Kanal D"-nin aparıcısı Müqə Anlı deyib ki, onlara RTUK rəsmi şəkildə cin sözünü işlətməyi qadağan edib. Bunun əvəzində isə onlar "cin" sözünün yerinə "üçhərflilər" ifadəsindən istifadə etməyə məcbur olublar. Buna paralel olaraq RTUK ".şərab" sözünün işlədilməsini də radio-telekanallara qadağan edib.
Digər xəbərlər