Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimovun əfv xahişi rədd edilib
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlətə xəyanətdə və hakimiyyəti ələ keçirməyə cəhddə təqsirli bilinən Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimovun əfvdən imtina edilməsi ilə razılaşıb,. Bu barədə Informburo.kz saytının sorğusuna cavab olaraq Prezident Administrasiyası məlumat yayıb.
Belə ki, Qazaxıstan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasında məhkum Məsimovun əfv haqqında vəsatətinə baxılıb.
“Komissiya Məsimov barəsində əfv aktının tətbiqi imkanlarının öyrənilməsinin nəticələrinə əsasən, dövlət başçısına müvafiq təkliflə çıxış edib və o, bununla razılaşıb”, - deyə sorğunun cavabında deyilir. Qeyd olunur ki, artıq qərar barədə ərizə müəllifinə məlumat verilib.
Kərim Məsimov 2022-ci ilin yanvar hadisələri zamanı saxlanılıb. Ona qarşı cinayət işi “tam məxfi” kimi tövsif edilib. 2023-cü il aprelin sonunda Astana məhkəməsi Kərim Məsimovu dövlətə xəyanət, hakimiyyəti zorakılıqla ələ keçirməyə cəhd, səlahiyyət və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edərək 18 il müddətinə azadlıqdan məhrum edib. O, hökmə etiraz etməyə çalışsa da, apellyasiya məhkəməsi hökmü dəyişməz qoyub.
Oxuməni.az