Tramp seçki komissiyalarının rəhbərlərini “saxtalaşdırma”ya görə məhkəməyə verəcəyi ilə hədələyib

Tramp seçki komissiyalarının rəhbərlərini “saxtalaşdırma”ya görə məhkəməyə verəcəyi ilə hədələyib

10 Sentyabr 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ seçki administratorları və prezidentliyə namizəd Kamala Harrisin kampaniyası Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə “korrupsioner” seçki rəsmilərini həbslə təhdid etməsini pisləyib.

Bu barədə “Reuters” xəbər verir.

Harrisin kampaniya administratorları və kampaniyası Respublikaçıların namizədi Trampı seçki rəsmilərini qorxutmaqda və potensial zorakılığa təhrik etməkdə günahlandırıb. Buna səbəb Trampın bu yaxınlarda sosial şəbəkədə seçki rəsmilərini “seçki saxtakarlığına” görə təqib edəcəyi ilə hədələməsi olub.

Şənbə günü, sentyabrın 7-də Donald Tramp “Truth Social” sosial şəbəkəsində bir yazı dərc edərək, 2024-cü il seçkilərində saxtakarlıqda iştirak edəcəkləri təqdirdə bir sıra adamları hüquqi tədbirlərlə hədələyib.

Oxuməni.az