FTB Trampa qarşı ikinci sui-qəsd cəhdini “son dərəcə ciddi” adlandırıb

FTB Trampa qarşı ikinci sui-qəsd cəhdini “son dərəcə ciddi” adlandırıb

17 Sentyabr 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Federal Təhqiqatlar Bürosu prezidentliyə namizəd Donald Trampa ikinci mümkün sui-qəsd cəhdini “son dərəcə ciddi” kimi qiymətləndirir.

FTB-nin Mayamidəki ofisindən məsul xüsusi agent Cefri B.Veltrinin bəyanatına istinadən məlumat yayıb.

FTB sui-qəsd cəhdində əli olmaqda şübhəli bilinərək həbs edilən Rayan Wesley Rootun təkbaşına hərəkət edib-etmədiyini "hələ də araşdırır". "Onun başqası ilə hərəkət etdiyinə dair hələ heç bir məlumatımız yoxdur" deyə büro sözçüsü bəyan edib.

O, həmçinin bildirib ki, saxlanılan şəxs “İnternetdə fəal olub”.

"Biz mediada yayılan xəbərləri və onun Ukrayna uğrunda döyüşmək üçün əfqan əsgərləri və başqalarını cəlb etmək istədiyi barədə verdiyi açıqlamaları nəzərdən keçiririk. FTB subyektin telefonu və sosial media hesabları ilə bağlı məlumatları əldə etmək üçün müvafiq şirkətlərə çoxsaylı sorğular göndərib", - xüsusi agent bildirib.

Oxuməni.az