ABŞ seçki məntəqələrində təhlükəsizliyi snayperlər və dronlarla qoruyacaq
Amerika hakimiyyəti seçki rəsmilərinə qarşı təhdidlərin artması və mümkün iğtişaşlar səbəbindən ölkədəki bəzi seçki məntəqələrində təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirmək qərarına gəlib. Bu barədə bazar günü The Vashington Post (VP) məlumat yayıb.
Tədbirlərə pilotsuz təyyarələrin istifadəsi və bir sıra şəhərlərdə seçki məntəqələri və səsvermə mərkəzlərinin mühafizəsi üçün snayperlərin yerləşdirilməsi daxildir. Hüquq-mühafizə orqanları çevik reaksiya qüvvələrini hazırlıq vəziyyətinə gətirir və küçələrə əlavə patrullar yerləşdirir.
Təhlükəsizlik tədbirləri səsvermədə iştirak edən amerikalılarla yanaşı, seçki məntəqələrinin işçilərinə qarşı zorakılıq və hədə-qorxu potensialı ilə bağlı artan narahatlığı əks etdirir. Qəzet bir çox seçki məntəqəsinin işçilərinin təqib və təhdidlərlə üzləşməkdə davam etdiyini vurğulayaraq təhlükəsiz seçki prosesinin təmin edilməsində çətinliklər olduğunu vurğulayır. Bir çox demokratlar keçmiş prezident Donald Trampın məğlub olacağı təqdirdə tərəfdarlarının iğtişaşlar törədəcəyindən ehtiyat edirlər.
Oxuməni.az