Avstraliya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edəcək

Avstraliya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edəcək

29 Noyabr 08:22
Bəyəndim (0) Bəyənmədim (0)

Avstraliya 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edəcək. Bu, Senat (Avstraliya parlamentinin yuxarı palatası) müvafiq qanunu qəbul etdikdən sonra mümkün olub. Sosial şəbəkələr qadağanı pozduqlarına görə cərimələnəcəklər, lakin yeniyetmələr özləri məhdudiyyətdən yan keçsələr, onlar üçün heç bir cəza olmayacaq.

Bir çox valideynlər belə qadağanın tərəfdarıdırlar, lakin qanunun tənqidçiləri onun icrasına effektiv nəzarətin mümkünlüyünə şübhə edirlər. Onlar həm də yeni qanunun yeniyetmələrin sosial təcridinə gətirib çıxaracağından narahatdırlar.

Dünyanın ən sərt məhdudiyyətlərini tətbiq etdiyi güman edilən qanunun ən azı bir il müddətində qüvvəyə minməsi gözlənilmir.

Sosial mediaya sahib olan texnoloji şirkətlər qadağanı pozduqlarına görə 50 milyon Avstraliya dollarına qədər (32,5 milyon dollar) cərimələnəcəklər. Qanunda hansı platformaların qadağan olunacağı göstərilməyib. Bu siyahı daha sonra Avstraliyanın Rabitə Naziri tərəfindən Elektron Təhlükəsizlik üzrə Müvəkkillə məsləhətləşmədən sonra müəyyən ediləcək.

Oxuməni.az