Qızıl ehtiyatlarımız artıb

Qızıl ehtiyatlarımız artıb

8 Yanvar 2014 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda qızıl istehsalçısı olan "Anglo-Asian Mining plc" şirkəti "Gədəbəy" qızıl mədəni üzrə qazma işlərinin nəticələrini açıqlayıb

Azərbaycanda qızıl istehsalçısı olan "Anglo-Asian Mining plc" şirkəti "Gədəbəy" qızıl mədəni üzrə qazma işlərinin nəticələrini açıqlayıb. ANS-in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən hesabatda qeyd edilib.
Məlumata görə, aparılan müşahidələrdə qızılın yüksək konsentrasiya zonasının real ölçüsü aşkar edilib. Bu zona uzunluğu ehtimal olunandan, yəni 400 metrdən çox olub.
Bu yeni kəşfin ümumi ölçüsünün hələlik məlum olmadığı bildirilib. Bu ilə planlaşdırılmış qızıl yatağının işlənməsi proqramı əlavə resursların həcmini aşkar edə biləcək və "Gədəbəy" yatağının istismar müddətinin artırılmasına imkan verəcək".
Bu proqram qızıl yatağının sərhədlərinin şərqə doğru 1,5 kilometr genişlənməsi imkanlarını artırmağa, həmçinin sonrakı qazma işlərini optimallaşdırmağa kömək edəcək. Bundan başqa bu kəşf dərəcəsini müəyyən etmək üçün bu ildən daha bir geofiziki proqrama başlamaq planlaşdırılır.