Bakıda IV Beynəlxalq Humanitar Forumuna start verildi

Bakıda IV Beynəlxalq Humanitar Forumuna start verildi

2 Oktyabr 2014 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakıda IV Beynəlxalq Humanitar Forumuna start verilib. Forumda dünyanın 60 ölkəsindən dövlət xadimləri, ziyalılar və alimlərdən ibarət nümayəndə heyətləri iştirak edir.

Forumda Azərbaycan prezidenti İlham Əliyev çıxış edəcək. Daha sonra Rusiya prezidenti Vladimir Putinin Forum iştirakçılarına təbriki oxunacaq. BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, İSESCO-nun direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edəcəklər. Daha sonra panellər təşkil ediləcək. Panellərdə Estoniyanın keçmiş prezidenti Arnel Rütel, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Litvanın sabiq dövlət başçısı Vitautas Landsbergis, İtaliyanın keçmiş baş naziri Enriko Letta çıxış edəcəklər.

Mediainfo.az