İnternet qadağan edildi

İnternet qadağan edildi

9 Yanvar 2014 14:51
Bəyəndim (0) Bəyənmədim (0)
Somalidə radikal islamçılar internetə qadağa qoyub

Somalidə radikal dini qruplaşması olan "Şabab" nəzarətdə saxladığı ərazilərdə internetə qadağa qoyub. Apa-nın BBC-yə istinadən verdiyi məlumata görə, "Əl-Qaidə" ilə əlaqəli olan islamçılar ölkənin mərkəzi və cənub rayonlarında fəaliyyət göstərən internet-provayderlərə 15 gün vaxt verib. Həmin şirkətlər bu müddət ərzində öz işlərini yekunlaşdırmalıdır.

Əgər hüquqi və yaxud fiziki şəxs bu qadağaya məhəl qoymasa, o, düşmən hesab olunacaq və layiqli cəzasını alacaq.