Obamanın rəqinin adı açıqlanıb
Aparılan sorğular Obamanın Massaçusets qubernatoru Mit Romneydən az fərqlə irəlidə olduğunu ortaya qoyub
Reginal TV-nin xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının Respublikaçılar Partiyası noyabr ayında keçiriləcək prezident seçkilərində onları təmsil edəcək namizədin adını rəsmən elan edib. Seçkilərdə demokratların nümayəndəsi olan prezident Barak Obamaya Massaçusets qubernatoru Mit Romney rəqib olacaq. Respubilikaçılar partiyası,həmçinin ötən gün keçirdiyi konqresdə Nümayəndələr Məclisinin üzvü Paul Ryanın da prezident köməkçisi olaraq namizədliyini təsdiqləyib. Mitt Romney namizədliyinin qəbuluna dair açıqlamasını avqust ayının 30-da verəcək. Aparılan sorğular isə iki namizəd arasında Obamanın kiçik bir fəqlə irəlidə olduğunu ortaya qoyur.
O.M.
Digər xəbərlər