Borrell Qırğızıstana Rusiyaya qarşı sanksiyaları pozmamaq barədə xəbərdarlıq edib

Borrell Qırğızıstana Rusiyaya qarşı sanksiyaları pozmamaq barədə xəbərdarlıq edib

5 Avqust 2024 18:27
Bəyəndim (0) Bəyənmədim (0)

Aİ Qırğızıstana Rusiya Federasiyasına qarşı sanksiyaların şərtlərini pozmamağı tövsiyə edir, bunu ölkənin xarici işlər naziri Jeenbek Kulubayev bildirib.

“Aİ-nin xarici işlər üzrə nümayəndəsi Josep Borrellin Bişkekə son səfəri zamanı əsasən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub, buna görə də əsas söhbət əməkdaşlıq yol xəritəsinin həyata keçirilməsi ilə bağlı olub. Rusiya sanksiyalarına gəlincə, bu adi söhbətlər idi”, - Kulubayev bazar ertəsi brifinqdə bildirib.

Nazirin sözlərinə görə, Borrelin Bişkek səfəri ticarət həcminin artırılması və tranzit imkanlarının artırılması məsələlərinin müzakirə olunması baxımından faydalı olub.

Borrell avqustun 3-də Bişkekdə işgüzar səfərdə olub.

Oxuməni.az