İşğalçı ordunun kapitanı yatağında güllələndi
İşğalçı Ermənistan ordusunun İrəvanda yerləşən hərbi hissələrindən birində erməni kapitanın güllələnmiş cəsədi tapılıb.
Moderator.az-ın rus versiyasının erməni KİV-lərinə istinadla verdiyi xəbərə görə, mayın 26-da saat 13:00 radələrində Ermənistan Müdafiə Nazirliyinin İrəvanda yerləşən hərbi hissələrindən birindəki rabitə bölüyünün yataq otağında kapitan Akop Akopyan döş qəfəsindən aldığı güllə yarası ilə ölü tapılıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyanın təsdiqlədiyi məlumata görə, kapitan A.Akopyan intihar edib.
Akopyanın intihar etməmişdən öncə qeyd də yazdığı bildirirlir. Hadisə ilə bağlı araşdırma aparılır.
Digər xəbərlər