ABŞ və Türkiyə razılığa gəldi - Atəşkəs elan ediləcək
ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra açıqlama verib.
Oxumeni.az “Anadolu” agentliyinə istinadən məlumatına görə, ABŞ və Türkiyə Suriyada atəşkəslə bağlı razılığa gəlib. “ "Sülh Çeşməsi” hərəkatına 120 saatlıq fasilə veriləcək. ABŞ YPG-nin bölgədən çəkilməsini təmin edəcək”, - deyə Pensin açıqlamasında bildirilir.
O əlavə edib ki, Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-in tamamilə yox edilməsi barədə də ortaq fikrə gəlib.
Oxumeni.az
Digər xəbərlər