Nikolun alternativi oğru, korrupsioner, qatil xunta nümayəndələridir

Nikolun alternativi oğru, korrupsioner, qatil xunta nümayəndələridir

2 Mart 2021 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistanda Paşinyan tərəfdarlarının mitinqi açıq şəkildə Rusiyaya qarşı deyil, köhnə rejimə, Köçəryan-Sarkisyan dəstəsinə qarşıdır”.

Oxuməni.az xəbər verir ki, bunu REAL Partiyasnın sədr müavini Natiq Cəfərli deyib. O qeyd edib ki, 13 il əvvəl martın 1-də Sarkisyan saxta yolla prezident seçiləndə mitinq olub:

“Küçədə 10 nəfər nümayişçi vəhşicəsinə qətl edilmişdi, Nikol məhz buna görə mitinqi bazar günü deyil də, bazar ertəsinə-martın 1-nə saldı ki, o günü ananların sayı çox olsun, yaddaşlar təzələnsin. Ermənistana düşmən deyirik, amma düşmənimizi də tanımırıq, doğru analiz edə bilmirik. Nikolun alternativi oğru, korrupsioner, qatil xunta nümayəndələridir, xalq onlara etiraz edib Paşinyana dəstək göstərir. Rusiya təbii ki, Nikolu sevmir, dəyişmək istəyir, amma indi yox, zəifləmiş Paşinyan Kreml üçün indiki zamanda əsl "yemdi". Nə vaxt yerinə xalqın heç olmasa, 50 faizinin dəstəklədiyi birini tapsa, həmən dəyişəcək, sadəcə problem odur ki (Kreml üçün), Ermənistanda yeni nəsil artıq mental olaraq Rusiyadan qopub, siyasi və iqtisadi olaraq da qopmaq istəyir, ona görə də Kreml hələlik "pat" vəziyyətinə düşüb”.

Oxuməni.az