Ronaldo pərəstişkarlarını sevindirdi
Oyun tərzindəki fərqliliyinə, atdığı qollarının sayına görə populyarlıq qazanmış braziliyalı futbolçu Ronaldo son illər aldığı artıq çəkilərdən əziyyət çəkirdi. Keçmiş futbolçu idmandan ayrılandan sonra dietasına, qidasına fikir vermədiyinə görə çox kökəlmişdi. Amma bir neçə gün əvvəl o,Twitter-də paylaşdığı fotosu ilə pərəstiskarlarının sevincinə səbəb ola bilib. Belə ki, Ronaldo artıq pəhrizlə və yenidən futbolla məşğul olduğunu fotogörüntüsü ilə nümayiş etdirə bilib.
O.M.
Digər xəbərlər