Jirinovski yenidən hirsləndi

Jirinovski yenidən hirsləndi

27 Oktyabr 2014 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Vladimir Jirinovski Rusiya futbol millisinin baş məşqçisi Fabio Kapellonu istefaya çağırıb. Avropa.info xəbər verir ki, Jirinovski Kapellonu Braziliyada keçirilən dünya çempionatında Rusiya komandasını qrupdan çıxara bilməməkdə ittiham edib. Rusiya millisinin son iki oyunda heç-heçə etməsi də Jirnovskini özündən çıxarıb.

O, uğursuzluğa görə baş məşqçini parlament qarşısında hesabat verməyə çağırıb. Kapello isə imtina edib.

Kapellonun Rusiya ilə 2018-ci ilədək müqaviləsi var. Buna baxmayaraq, o, dörd aydır maaşını ala bilmir.

Mediainfo.az