Atlantik okeanının cənubunda güclü zəlzələ baş verib

Atlantik okeanının cənubunda güclü zəlzələ baş verib

26 İyul 2020 07:12
Bəyəndim (1) Bəyənmədim (0)

Atlantik okeanının cənubunda yerləşən Cənubi Sandviç adalarının sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Uşuaya şəhərindən 2561 km şərqdə, ocağı isə mənbəyi 10 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra sunami təhlükəsi barədə məlumat verilməyib.

Cənubi Sandviç adalarında daimi yaşayış yoxdur.

Oxuməni.az