Meksikada ildırım vurması nəticəsində 2 idmançı ölüb, daha 3 nəfər yaralanıb

Meksikada ildırım vurması nəticəsində 2 idmançı ölüb, daha 3 nəfər yaralanıb

28 İyul 2020 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın paytaxtı Mexiko şəhərinin cənub-şərqində ildırım vurması nəticəsində iki futbolçu ölüb, daha üçü yaralanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “Universal” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, güclü yağış səbəbindən Tlauak bələdiyyəsində keçirilən qadın futbol liqasının matçı dayandırılıb. Beş futbolçu qız stadionda unudulan topu götürmək üçün geri qayıdıb. Ancaq bu vaxt şimşək çaxıb.

İldırım vurması nəticəsində xəsarət alan futbolçular xəstəxanaya aparılsa da, onlardan ikisini xilas etmək mümkün olmayıb. Ölənlərdən birinin yetkinlik yaşına çatmadığı qeyd olunur.

Qəzet, həmçinin digər üç idmançının ikinci dərəcəli yanıq xəsarətləri aldığını qeyd edir.

Oxuməni.az