Türkiyəli ekspert: “Metsamor AES ləğv edilməlidir ...”

Türkiyəli ekspert: “Metsamor AES ləğv edilməlidir ...”

16 May 2016 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

"Mövcud durumu ilə Metsamor AES Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycan üçün ən ciddi təhlükədir"

Bu sözləri Apa-ya açıqlamasında Türkiyənin Avropa Birliyi üzrə tanınmış eksperti, İstanbuldakı Sabancı Universitetinin Avropa Birliyi Araşdırmaları Mərkəzinin direktoru, dosent Cengiz Aktar deyib.

C. Aktar bildirib ki, SSRİ dövründə inşa edilmiş Metsamor Atom Elektrik Stansiyasının bərpasına nə Rusiyanın, nə də Ermənistanın maddi gücü var: "Metsamor stansiyasında istifadə edilən texnologiya tamamilə tullantı vəziyyətinə düşdüyünə görə, onun indiki vəziyyəti Ermənistan, Türkiyə, Gürcüstan və Azərbaycana təhdiddən başqa bir şey deyil. Türkiyə ilə Ermənistan arasında münasibətlərin olmaması da Metsamor stansiyasını Türkiyəyə qarşı əlavə bir təhdid aləti halına gətirir. Söhbət Metsamor stansiyasının təmirindən və yenidən işə salınmasından gedərsə, burada Norveç və ya ABŞ texnologiyasından istifadə gündəmə gələ bilər ki, onlar da həddindən artıq baha olduğuna görə, nə Ermənistanın, nə də Rusiyanın almağa gücü çatar. Ona görə də, mövcud vəziyyətdə reallıqları nəzərə alaraq, Metsamor AES-in ləğv edilməsi ən düzgün addım olacaq".

Mediainfo.az