Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək

21 İyun 2016 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və İdman naziri Azad Rəhimov iyunun 24-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda, Abşeron, Qobustan, Sumqayıt, Şamaxı və Xızı sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Sumqayıt Tarix Muzeyində (Sumqayıt şəhəri, Heydər Əliyev prospekti,4-cü mikroroyon ) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeyd olunan rayonların (şəhər) Gənclər və İdman idarələri ilə əlaqə saxlamalıdırlar.

Mediainfo.az