Hüseyn Bağırov Ağdaşda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Ağdaşda vətəndaşları qəbul edəcək

16 Avqust 2016 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov avqustun 26-da Ağdaş şəhərində vətəndaşlarla görüşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, H. Bağırov 26 avqust saat 10.00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ağdaş, Mingəçevir, Yevlax, Goranboy və Naftalan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 "Qaynar xətt"i ilə əlaqə saxlamaları, Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə müraciət etmələri xahiş olunur.

Mediainfo.az