Ramin Quluzadə Gəncədə vətəndaşları qəbul edəcək

Ramin Quluzadə Gəncədə vətəndaşları qəbul edəcək

17 Avqust 2016 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə avqust ayının 22-də tarixdə saat 13:00-da Gəncə şəhərində Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcərdən olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən verilən məlumata görə, görüşdə əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinləniləcək.

Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 "Çağrı Mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Gəncə şəhərində 02225 71617

Naftalan şəhərində 02235 22106

Goranboy rayonunda 02224 53106

Samux rayonunda 02227 51605

Daşkəsən rayonunda 02221 53020

Göygöl rayonunda 02220 55013

Kəlbəcər rayonu üzrə 02226 75099

nömrəli telefonlara zəng etmələri xahiş olunur.

Mediainfo.az