Zorakılıq və istismarla bağlı strategiya hazırlanır

Zorakılıq və istismarla bağlı strategiya hazırlanır

18 Avqust 2016 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda Reproduktiv Sağlamlıq Strategiyası hazırlanır. Strategiyanın hazırlanmasına dair milli İşçi qrupun görüşü keçirilib.

Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, Reproduktiv Sağlamlığa dair Milli Strategiyası ana və uşaq sağlamlığı, cinsi yolla yayılan infeksiyalar (o cümlədən, uşaqlıq boynu xərçəngi) - İİV/ QİÇS, yeniyetmələrin reproduktiv sağlamlığı, gender zorakılığı, cinsi istismar və digər sahələri əhatə edəcək. Bu istiqamətlər ətrafında aparılacaq fəaliyyət planının tərtibi İşçi qrupun görüşlərində müzakirəyə çıxarılacaq.

Budəfəki görüşə Litvadan beynəlxalq ekspert Gunta Lazdane (Cinsi və Reproduktiv Sağlamlıq üzrə Proqram) və Ruta Nadisaukiene (Litva Sağlamlıq Elmlər Universitetinin Mamalıq və Ginekologiya şöbəsinin müdiri) dəvət olunub.

Mediainfo.az