Təhsil naziri Zaqatalada vətəndaşları qəbul edib

Təhsil naziri Zaqatalada vətəndaşları qəbul edib

1 Avqust 2017 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Mikayıl Cabbarov Zaqatala şəhərində vətəndaşların qəbulunu keçirib.

Apa-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinləri və həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbə köçürülməsi, işə bərpa olunma, yeni məktəb tikintisi və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

Mediainfo.az