Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edildi

15 Noyabr 2018 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun işdən azad edilməsi barədə sərəncam imzalayıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 noyabr 2018-ci il.