Sabah  bəzi yerlərdə yağış yağacağı gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir

19 Noyabr 2018 13:59
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah respublikamızın bəzi ərazilərində yağış yağacağı gözlənilir.

Mediainfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Noyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 14-17, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti , gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 20-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün müsbət amil olsa da, atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.