Azərbaycan Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

Azərbaycan Tərcümə Mərkəzi seçim turlarını davam etdirir

23 Noyabr 2018 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin dil və tərcümə işinin təkmilləşdirilməsi, ölkədə fəaliyyət göstərən peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi və sertifikatlaşdırılması üzrə 2019-cu ilin birinci seçim turu davam edir.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turda iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin surəti və CV bu qurumun [email protected] ünvanına göndərilməli, yaxud kağız formatında Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, 74 ünvanına təqdim edilməlidir.

Mərkəzin elektron poçtuna göndərilən sənədlərin "mövzu" bölümündə namizədlərin hansı dil və tərcümə sahəsi üzrə ixtisaslaşdığı qeyd edilməlidir.

Sənədlərin qəbulu gələn ilin fevralın 28-dək davam edəcək.