Azərbaycanın şimal bölgələrinə qar yağır

Azərbaycanın şimal bölgələrinə qar yağır

24 Noyabr 2018 07:40
Bəyəndim (0) Bəyənmədim (0)

Noyabrın 23-ü axşamdan başlayaraq Azərbaycanın şimal bölgələrinə qar yağmağa başlayıb.

Mediainfo.az-a bölgədən verilən məlumata görə, Qusara və Qubanın bəzi kəndlərinə yağan yağışlar tədricən sulu qara və qara çevrilib. Bəzi yerlərdə, o cümlədən Qusarın Ənix və Qubanın Susay kəndlərinə yağan qarın hündürlüyü artıq 10-12 sm-ə çatıb. Quba-Qusar yolunun bəzi hissələrində donmalar müşahidə edilir. Bu gün səhər saatlarında Qusarda mənfi 2 dərəcə şaxta qeydə alınıb.