Bu il Azərbaycanda 11 mindən çox ailə dağılıb - VİDEO
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 11 102 boşanma halı qeydə alınıb.
Statistika göstərir ki, boşananlar arasında daha çox gənc ailələr üstünlük təşkil edir.
Sosioloq Rəşəd Əsgərovun sözlərinə görə, Azərbaycanda boşanan qadın və kişilər daha çox 5-8 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar verirlər. Bunun səbəbləri müxtəlif olsa da kənar müdaxilələr əsas yer tutur.
Ötən il ölkədə 14 min 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub. Boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən az olub. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.
Ekspertlərin fikirincə, qeyd olunan statistika, əslində həyəcan təbilidir. Çünki ilbəil boşanmalar da, ona aparan səbəblər də artmaqdadır. Ümumilikdə isə son vaxtlar boşanmalara səbəb kimi sosial şəbəkələr də göstərilir.
Paytaxt sakinlərinin fikirləri isə müxtəlifdir.
Sosialoq Rəşəd Əsgərov deyir ki, boşanmaların sayının azaldılması üçün marifləndirmə işlərinin görülməsinə ehtiyac var.
Boşanmaya gətirib çıxaran səbəblərdən təkcə boşanan tərəflər yox, həmçinin onların övladları da sonrakı mərhələlərdə əziyyət çəkməli olurlar. Ona görə də sosioloqlar tövsiyə edirlər ki, ailə həyatı qurmazdan əvvəl bu kimi məsələlər diqqət edilsin.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az
























































.jpg)
.jpg)






.jpg)






























