Yekaterinburqda yanan klinikada insanları xilas edən qırğızıstanlını Rusiyadan deportasiya edəcəklər

Yekaterinburqda yanan klinikada insanları xilas edən qırğızıstanlını Rusiyadan deportasiya edəcəklər

20 Noyabr 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

30 yaşlı Qırğızıstan vətəndaşı Sultan Abdumalikovu Rusiyadan deportasiya edəcəklər.

Noyabrın 18-də Yekaterinburqda xəstəxanada yanğın baş verib. Bu zaman oradan Qırğızıstandan olan Sultan adlı taksi sürücüsü keçirdi. O, xilasedicilərə kömək etməyə tələsdi. Xilasetmə zamanı Sultan Abdumalikov özü də zəhərlənib və onu xəstəxanaya aparıblar. Polis onun sənədlərini yoxlayarkən qanun pozuntuları aşkar edib.

Qırğızıstanlının sözlərinə görə, o, 2011-ci ildən Rusiyada yaşayır. İndi isə onu xilasedicilərə kömək etdiyinə və həyatını təhlükəyə atdığına görə "sağ ol" demədən Rusiyadan deportasiya edəcəklər.

Oxuməni.az