İran Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib
İran iki iranlı tələbənin polis tərəfindən döyülərək saxlanmasına görə Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Rusiyanın Kazan şəhərində iki iranlı tələbə polis tərəfindən döyülərək saxlanılıb.
Bu barədə İranın “SNN” xəbər agentliyi məlumat yayıb.
Kazan Federal Universitetində vizaların yenilənməsi zamanı tələbələr arasında dava baş verdiyi üçün polis hadisə yerinə gəlib. Polisin olması və iranlı tələbələrin israrlı olması mübahisənin davam etməsinə və tələbələrin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən döyülməsinə səbəb olub, nəticədə onlardan 2-si saxlanılıb.
İranın Kazandakı Baş Konsulluğu “polis tərəfindən iranlı tələbələrə qarşı kobud rəftar və insidentin səbəbi və yerli polisin qeyri-peşəkar işi və iştirakı ilə bağlı izahat tələb edilməsi ilə əlaqədar” Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Almaz Həsənli