ABŞ-ın Qəzza planları heç bir nəticə verməyəcək

ABŞ-ın Qəzza planları heç bir nəticə verməyəcək

19 Fevral 07:32
Bəyəndim (1) Bəyənmədim (0)

İranın ali dini lideri Ayətullah Əli Xamenei İslam Respublikasına gələn Fələstinin radikal İslami Cihad qruplaşmasının nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Xamenei ABŞ prezidenti Donald Trampın planlarının həyata keçirilməsinin, o cümlədən fələstinlilərin Qəzza zolağından köçürülməsini qeyri-mümkün olduğunu da vurğulayıb. İran liderinin sözlərinə görə, “belə planlar heç nəyə gətirib çıxarmayacaq”. Onun fikrincə, “hazırda dünya ictimai rəyi Fələstinin tərəfindədir”, “belə bir vəziyyətdə müqavimət qüvvələri və Qəzza xalqının razılığı olmadan heç bir plan həyata keçirilə bilməz”.

Fevralın 4-də Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Vaşinqtonun Yaxın Şərqdə sülhün bərqərar olması naminə onu inkişaf etdirmək üçün Qəzza zolağına uzunmüddətli sahiblik etməyi nəzərdən keçirdiyini açıqlayıb. O, fələstinlilərin anklavdan regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olub və onun fikrincə, “bunun əvəzini ödəyə bilər”. Ərəb ölkələri, İran və bəzi Qərb dövlətləri Amerika liderinin ideyasına qarşı çıxıb, Misir və İordaniya isə Qəzzanın yenidən qurulması üçün fələstinlilərin qovulmasını nəzərdə tutmayan alternativ plan hazırladıqlarını bəyan ediblər.

Əziz Mustafa, Oxuməni.az