Zelenski Kelloq ilə görüşdən sonra ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib

Zelenski Kelloq ilə görüşdən sonra ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib

21 Fevral 08:42
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ABŞ ilə “sərmayələr və təhlükəsizlik haqqında” razılaşmaya hazırdır. Bunu Ukrayna lideri Vladimir Zelenski Kiyevdə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra deyib.

“Biz döyüş meydanındakı vəziyyəti və bütün məhbuslarımızı necə qaytaracağımızı, eləcə də effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik... Ukrayna ABŞ prezidenti ilə investisiyalar və təhlükəsizlik üzrə razılaşmaya hazırdır”, o qeyd edib.

Ukrayna, ABŞ-ın xüsusi elçisi ilə görüşündən sonra Zelenskinin sözlərinə görə, Trampla investisiyalar və təhlükəsizlik üzrə “güclü” razılaşmaya hazırdır.

Fevralın 20-də Zelenski Kelloqla görüşüb.

Görüşdən sonra mətbuat konfransının keçirilməli olduğu, lakin Amerika tərəfinin tələbi ilə ləğv edildiyi bildirilib.

Əziz Mustafa, Oxuməni.az