
ABŞ Makron və Starmerin gələn həftə Vaşinqtona səfərini gözləyir
ABŞ Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerin Vaşinqtona səfərlərini gözləyir, burada Ukrayna münaqişəsinin həlli müzakirə olunacaq. Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Fox News-a müsahibəsində bildirib.
"Yeddi ABŞ rəsmisi Avropada, Münhendə olub və avropalı müttəfiqlərimizlə danışıblar. Prezident Makron və Böyük Britaniyanın baş naziri Starmer gələn həftə Vaşinqtona gələcəklər, ona görə də biz bütün tərəflərlə Ukraynadakı münaqişənin həlli ilə bağlı əlaqə saxlayırıq. Növbəti addım bunu daha ətraflı müzakirə etmək üçün texniki qrupların formalaşdırılması olacaq", - Uolts bildirib.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər