
Papa Fransisk taxtdan imtina edə bilər
Kardinal Canfranko Ravazi 88 yaşlı Papa Fransiskin taxtdan imtina edə biləcəyini irəli sürüb. O, bu barədə fevralın 21-də dərc olunan “Corriere della Sera” nəşrinə müsahibəsində Fransiskin belə bir qərar verə biləcəyi sualına cavab verərkən deyib.
“Əgər papalıq vəzifələrini yerinə yetirməkdə çətinlik çəkirsə, seçimini edəcək. Təbii ki, qərar verəcək, bəlkə də məsləhət istəyəcək, amma vicdanına uyğun olaraq özü qərar verəcək”, - Ravazi bildirib.
O qeyd edib ki, Roma Papası Roma Katolik Kilsəsinin 2024-cü il dekabrın 24-dən 2026-cı il yanvarın 6-dək qeyd etdiyi Xristianlığın Yubiley ilini keçirmək istəyir.
88 yaşlı Fransisk fevralın 14-dən xəstəxanadadır və ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Almaz Həsənli
Digər xəbərlər