Rusiya səfiri Ermənistanda yol qəzasına düşüb

Rusiya səfiri Ermənistanda yol qəzasına düşüb

21 Fevral 15:14
Bəyəndim (1) Bəyənmədim (0)


Fevralın 20-də axşam saatlarında İrəvanda Rusiyanın Ermənistandakı səfirinin avtomobili qəzaya uğrayıb. Bu barədə diplomatik nümayəndəlik öz Telegram kanalında məlumat yayıb.
Ermənistan mətbuatının məlumatına görə, qəza zamanı avtomobildə Sergey Kopırkin olub. O, sürücü ilə birlikdə xəstəxanaya aparılıb.
“Shot” Telegram kanalı bildirir ki, qəzanın ilkin səbəbi kimi yolların buz bağlaması göstərilir. Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
İrəvanda yol qəzasında xəsarət alan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin səhhəti üçün təhlükə yoxdur. Bu barədə yerli KİV-ə Rusiyanın Ermənistandakı səfirliyi məlumat verib.
Xatırladaq ki, dünən axşam saatlarında Ermənistanın paytaxtına güclü qar yağıb.
Almaz Həsənli